QÜDS,ArabAZ

İsrailin müdafiə naziri Yoav Qalant Naim Qasimin Hizbullahın baş katibi seçilməsini şərh edərək “Təyinat müvəqqətidir və geriyə sayım başladı” deyib. ArabAZ xəbər verir ki, bu gün səhər saatlarında Hizbullah Qasimin keçən il sentyabrın 27-də Beyrutun cənub ətrafına İsrail basqınında öldürülən Həsən Nəsrullahın yerinə baş katib seçildiyini elan edib.

Hİzbullah bəyanatında deyilir ki, “Baş katibin seçilməsi üçün təsdiq edilmiş mexanizmə uyğun olaraq, Hizbullah Şurası Şeyx Naim Qasimin Hizbullahın baş katibi seçilməsinə razılıq verib”

Qasimin seçilməsi Hizbullahın İcraiyyə Şurasının rəhbəri, Nəsrullahın yerinə ən görkəmli namizəd hesab edilən Haşim Səfi əd-Dinin öldürülməsindən sonra baş verib.

Qasım Həsən Nəsrullahın öldürülməsindən sonra üç televiziya çıxışında iştirak edib və sonuncu çıxışı oktyabrın 15-i olub. O, həmin vaxt “həll yolunun atəşkəs olduğunu” vurğulasa da, Hizbullahın döyüşünü davam etdirdiyini və İsrailin “məğlub olacağını” vurğulayıb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version