QÜDS, ArabAZ

İsrail Baş naziri Benyamin Netanyahunun parlamentə pilotsuz uçuş aparatları (PUA) ilə edilə biləcək hücumdan ciddi şəkildə narahat olduğu iddia edilib.

ArabAZ xəbər verir ki, Netanyahu qapalı iclas zamanı “Hazırda parlamentə bir PUA hücumu olsa nə edəcəyik? Ən böyük qorxum PUA-lardır. Raketlərə qarşı yaxşı müdafiə sistemlərimiz var, amma parlamentin niyə başqa yerdə deyil, daimi yerində toplandığını başa düşmürəm,” deyib.

Baş Nazirlik Ofisi isə Netanyahuya aid olan bu ifadələrə dair heç bir açıqlama verməyib.

Xatırladaq ki, 19 oktyabrda Livandan atılan bir PUA İsrailin şimalındakı Qeysəriyyə şəhərində Netanyahunun evinin yerləşdiyi əraziyə düşmüşdü.

Hadisə zamanı Netanyahu və həyat yoldaşının evdə olmadığı və heç kimin xəsarət almadığı qeyd edilsə də, əlavə məlumat verilməmişdi.

Sosial media istifadəçiləri, Netanyahunun evindəki gülləkeçirməz şüşədə yaranmış zədənin fotolarını paylaşaraq PUA-nın evə dəydiyini iddia ediblər.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version