Beyrut,ArabAZ
Qəzza zolağında Fələstinin müqavimət hərəkatlarına dəstək olaraq, İsraillə qarşıdurma xəttinə girdikdən sonra Hizbullah dünən tarixinin bəklə də ən çətin anlarını yaşadı. Belə ki, ölkənin müxtəlkif yerlərində İsrail tərəfindən hazırlanaın xüsusi əməlliyyat ( İsraii hadisə ilə əlaqəli oldğunu nə qəbul edir nə də inkar edir) nəticəsində ( peycerlərin partladımlası) 3 mindən çox insan yaralandı, 10 bnəfər Hizbullahçı öldü.
QEYD: Peycer mobil telefonların yayılmasından əvvəl qısa mətn mesajları və ya bildirişlər göndərmək və qəbul etmək üçün adətən istifadə edilən və əsasən təhlükəsizlik işçiləri, xəstəxanalar və şirkətlər tərəfindən istifadə edilən kiçik simsiz cihazdır.Bu cihazların iki növü var – Mesajları və ya bildirişləri qəbul edən, lakin mesajlara cavab vermək imkanı olmayan cihazlar və eyni zamanda mətn mesajları göndərib, qəbul edə bilən digər cihazlar.
Bu qurğular 1980-ci illərdə geniş populyarlıq qazanıb, lakin smartfonların ortaya çıxmasından sonra onların istifadəsi xeyli azalıb, lakin hal-hazırda bütün dünyada onlardan hələ də çox məhdud bir qrup insan istifadə edir. Hizbullah üzvləri onun əsas istifadəçilərindən biridir.
Techlusive texniki veb-saytı göstərir ki, peycer cihazları həmin yerdəki telefon rabitəsi şəbəkəsi zəif olduqda da faydalı ola bilər.
Veb saytın məlumatına görə, bir çox şirkət və qurumlar üçün peycer cihazları, istifadəsi və saxlanması asan sadə cihazlar olmaqla yanaşı, müasir kommunikasiya texnologiyaları ilə müqayisədə ucuz effektiv həll yoludur.
Niyə Hizbullah bu tip cihazlardan xüsusi istifadə edir?
Hizbullah uzun müddətdir ki, məxfiliyi hərbi strategiyasının təməl daşı kimi təbliğ edir, İsrail və Amerika casus proqramlarının sızmasının qarşısını almaq üçün yüksək texnologiyalı cihazlardan imtina edir.
Yaxın Şərqdəki digər qeyri-dövlət aktorlarından fərqli olaraq, Hizbullah bölmələrinin daxili kommunikasiya şəbəkəsi vasitəsilə əlaqə saxladığına inanılır. Bu, bəzi ölkələrin uzun müddətdir ki, dövlət daxilində dövlət kimi fəaliyyət göstərməkdə ittiham etdiyi güclü qrupun əsas prinsiplərindən biridir.
İlin əvvəlində Hizbullah lideri Həsən Nəsrullah İsrail qüvvələri ilə sərhəddə keçən döyüşlərin intensivləşdiyi Livanın cənubunda Hizbullah üzvlərinə xəbərdarlıq etmişdi.
Hizbullah lideri mobil telefonlara işarə edərək, “Onu bağlayın, basdırın və dəmir qutuya qoyun. Bunu təhlükəsizlik, insanların qanını və ləyaqətini qorumaq üçün edin. sraillilərlə əməkdaşlıq edən sizin əlinizdə tutduğunuz mobil telefon, arvadınızın və uşaqlarınızın əlində olan telefondur. “Bu telefon İsraillə həmkar və qatildir“-demişdi.
Əvəzində Hizbullah simsiz rabitə cihazlarından istifadəyə əl atdı, lakin hətta dünənki hücumlarda da göründüyü kimi bu seçim də risksiz deyildi.