Bakı,ArabAZ
Tehranda on minlərlə təxmin edilən izdiham qarşısında İran lideri Əli Xameneyi 4 ildən artıqdır ki, ilk cümə xütbəsində Hizbullahın baş katibi Həsən Nəsrullahın öldürülməsindən “çaş-baş qaldığını” təsdiqlədi. Xameneyi buna baxmayaraq, ümidləırinin ölmədiyini bildirdi.

Xütbə zamanı əlində rus istehsalı snayper tüfəngi ( Draqunov) tutan Xameneyi ,adəti üzrə Nəsrullahı “qardaşım, əzizim və qürur mənbəyim” adlandırıb.
“Hamımız yaralıyıq və kədərlənirik. Bu, sözün hər mənasında bizi kədərləndirən böyük itkidir. Amma bizim təsəllimiz depressiya, ümidsizlik, təlatüm demək deyil… Daha doğrusu həyat bizə dərslər verir, ümidlər aşılayır”-deyə Xameneyi bildirib.
Böhran zamanlarında etdiyi çıxışlar kimi Xamneyi də ABŞ və İsrailə, eləcə də region ölkələrinə və İran daxilində bir neçə mesaj göndərib.
“Biz öz vəzifəmizi yerinə yetirməkdən çəkinməyəcəyik, amma tələsırır qərarlar da qəbul etməyəcəyik. Məntiqli və düzgün olan siyasətçilərin və hərbçilərin qərarlarına görə, planlarımızı tam vaxtında həyata keçiriləcək”-deyə o bildirib.
Xamenei çıxışında oktyabrın 7-də “Həmas”ın Qəzza zolağından başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatının birinci ildönümünə, ertəsi gün isə “Hizbullah”ın başladığı dəstək savaşına işarə edib. O, “Fələstin xalqının torpaqlarını və evlərini işğal edən düşmənə qarşı durmaq haqqı var. Hətta beynəlxalq qanunlar da bunu dəstəkləyir. Bu işğalçılar haradan gəldi?-deyib.