Maskat ,ArabAZ
Oman İrs və Turizm Nazirliyi tərəfindən Salalah Vilayətində təşkil edilən Oman Kulinariya İncəsənət Festivalı başlayıb.
ArabAz xəbər verir ki, avqustun 26-dək davam edəcək festivala bir sıra Oman Sultanlığı daxilində və xaricində peşəkar apşazlarla yanaşı həvəskar aşpazlar da qatılacaq.
Festivala Omanlı və Körfəz ölkələri aşpazlarının canlı şouları da daxil olmaqla müxtəlif fəaliyyətlər daxildir.
Festival zamanı ənənəvi musiqi folklor şouları və müxtəlif müsabiqələr də təşkil olunacaq.
Festival “Qida Turizmi və Oman Kulinariya İncəsənət” proqramı çərçivəsində keçirilir, bu proqram vasitəsilə nazirlik Oman mətbəxini iqtisadi, sosial və ekoloji davamlılığa nail olmaq və yerli icmaların gücləndirilməsində turizmin rolunu aktivləşdirmək istəyindədir.
Festivalın açılış mərasimi Oman Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Zati-aliləri Faisal bin Abdullah Al Rawas tərəfindən maliyyələşdirilib.