QÜDS,ArabAZ
İsrail ordusu indiyə kimi HƏMAS-ı məğlub edə bilməyib. ArabAZ xəbər verir ki, bunu İsrailin istefada olan general-mayoru Yitzhak Brik deyib.
“İsrail ordusu tükənmiş vəziyyətdədir və əsgərlər hazırda hərbi xidmətdən imtina edirlər”-deyə o qeyd edib.
Təqaüddə olan general-mayor Yoav Qalatın vəzifədən azad edilməsinə və onun yerinə Yisrael Katzın gətirilməsinə münasibət bildirən sabiq genral, faktiki olaraq hal hazırda
müdafiə naziri ziri Baş nazir Benyamin Netanyahudur .
Şimal cəbhəsinə gəlincə, Brik etiraf edib ki, İsrail “ Livan Hizbullahına güclü zərbələr endirib, lakin biz hələ də Hizbullahın tam məhvinə nail olmayıb”
“İsrail ordusu Livan daxilində yalnız 3 km-lik əraziyə daxil ola bilib. Lakin ordu irəliləmək iqtidarında deyil.Biz Livandan hər gün yüzlərlə raketə məruz qalırıq və bu müharibə bizi tükədir”-deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ dəstəyi ilə İsrail 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında soyqırım törədib və nəticədə əksəriyyəti uşaq və qadın olmaqla 147 mindən çox fələstinli ölüb və yaralanıb, 10 mindən çoxu isə itkin düşüb.
Qəzzaya təcavüzü ilə eyni vaxtda İsrail Livana gündəlik basqınlarını və onun cənubuna qurudan müdaxiləsini davam etdirir.Hizbullah isə buna cavab olaraq hərbi obyektləri, kəşfiyyat qərargahlarını, hərbi yığıncaqları və yaşayış məntəqələrini hədəfə alan raketlər, pilotsuz təyyarələr və artilleriya mərmiləri atır.
Mənbə : İsrail mətbuatı