ArabAZ, Rim Əl-Kamali, BƏƏ-li yazıçı və araşdırmaçı
Ərəb və Şərq düşüncəsi olaraq ərəblərə inandırılan bu düşüncə əslində – 20-ci əsrdən bu günə qədər – öz metodologiyasında hələ də Qərbə sadiq qalmaqdadır. Bunu əslində mədəni bir imperiyaya bənzətmək mümükündür.
Bu düşüncəyə əsasən ərəblər hər zaman qərbdən asılı olamlıdır. Bu düşüncə sahibləri də iddia edir ki, ərəb dünyasının ideoloqları və filosofları yoxdur. Orientalist düşüncə sahibləri iddia edir ki, ərəblər bütün irsini və mədəniyyəti qədim yunanlardan almalı və imperialist Avropaya tabe olmalıdırlar.
Bəlkə də bunlar bir az da şişirdilir, lakin orientlaizm ərəbləri və dünyanı müəyyən bir qəlibə salıb. Ən acınacaqlısı isə odur ki, bu gün nə ərəblər nə də dünya orientalizmin yaratdığı səhv təfəkkürdən qurtula bilmir.
Bu gün Qərb həm özündə həm də ərəb dünyasına orientalidt düşüncə sahibi olan ekpertlər ordusu yaradır, onlar üçün milyonlar xərclənir və by düşüncənin dominantlığı üçün ciddi addımlar atılır.
Digər bir tərəfdən qeyd etmək lazımdır ki, Qərb ərəb dünyasını əziflətmək eləcə də parçalamaq kimi fikrə sahib olması ilə yanaşı bir zamanda İslam dünyasında hakim olan Türk toplumlarını da parçalamaq və istiqamətində ciddi addımlar atır.
Sirr deyil ki, parçala və hökm et düşüncəsi kollektiv qərbdə əsasə düşüncə olmaqla yaşam tərzidir.
Zaman-zaman bunu qərb liderləri dolayı yolla dilə gətirsələr də, onların istehsalı olan orientalist düşüncə sahibləri əsas məqsədin güya ki, demokratik dəyərlərin aşılanması olduğunu söyləyirlər.
Avropa universitetləri şərqşünaslıq adlı altında orientalistlər yetişdirərək,əslində yalnız öz “dəyərlərini” yaymağı planlayırlar.
Bu “dəyərlər” isə ərəb dünyasını mədəni və siyasi müstəmləkə halına sala bildi.
Məqalə Londonda Yayınlanan ƏL-Məcəllə jurnalından ArabAZ tərəfindən müəllifin razılığı ilə tərcümə edilib