MƏKKƏ,ArabAZ,ƏHMƏD SALİH HƏLƏBİ
Bir neçə il əvvəl biz Məkkədəki Məscidül-həramın dəhlizlərində geyimləri ilə seçilən insanların işlədiklərinin şahidi olduq. Onların bəziləri qadınların təvafını tənzimləyir, bəziləri isə təmizlik işləri ilə məşğul olurdular. BU sirliu insanların bəzisi isə Mədinə şəhərindəki Peyğəmbər məscidinin təmizliyi ilə məşğul olurlar.
Onlar imam cümə xütbəsi oxumaq üçün minbərə çıxarkən onu müşayiət edirlər, əyinlərində ağ paltar və çalma var. Bir çoxunun belində ağ,qara bəzilərində isə olduqca rəngarəng kəmərlər olur.
Onlara yerli insanlar arasında “Ağavat” kimi tanınırlar , bu söz isə “Ağa” sözünün ərbcədə cəm halıdır.
Maraqlıdır bəs görəsən Ağalar kimlərdir və bu ad onlara nədən yaranıb və onların hekayəsi nədir?
Bir çox tarixi və linqvistik istinadlar Ağa sözünün əcnəbi söz olduğunu və türk, kürd və fars dillərində işləndiyini açıq şəkildə göstərmişdir.
Məsələn, kürdlər “Ağa” sözünü şeyxə, görkəmli şəxsə və varlıya aid etmək üçün istifadə edirlər.
Türklərə gəlincə, ağa, varlı tacir, idarə rəisi, saray nökərlərinin başçısı deyirlər, farsca isə “Ağa” adı ailə başçısına verilir.
Azərbaycan dilində də ağa sözünün bu gün də işləndiyini bilirik.
Lakin Məkkə və Mədinədə “Ağavat” sözü Məscidül-həramın və Peyğəmbəri-Əkrəm məscidinin xidmətində çalışan və özlərini yalnız bu şərəfli işə həsr edən bir qrup xədimlə məhdudlaşırdı.
Kölələri Məkkəyə xidmət etmək üçün ilk dəfə istifadə edən Muaviyə bin Əbi Süfyan (Allah ondan razı olsun) olub. Daha sonra isə bu işi ikinci Abbasi xəlifəsi Əbu Cəfər Əl-Mənsur təşkil edib. Sonra bu ənənə Əyyubilər dövləti tərəfindən davam etdirildi.
Ağavatların (Ağaların) əvvəllər Məscidül-həramda və ya Peyğəmbər məscidində yerinə yetirdikləri bir çox funksiyalar vardır.
Bəzi tarixçilər bu işləri sayaraq onların qırxdan çox olduğunu müəyyən etmişlər və bəlkə də bu işlərdən birincisi İki Məscidül-həramda qadın və kişini ayırmaq, azandan sonra qadınların təvaf etməsinə mane olmaq olub.
Onlar eyni zamanda müqəddəs ocarların həyətini süpürmək və təmizləmək vəzifəsini öz öhdələrinə götürürlər, təvafı bitirdikdən sonra xəlifəyə, İslam ölkələrinin başçılarına və rəsmi nümayəndə heyətlərinə zəmzəm suyu ilə su verirdilər. Bütün bu işlərlə yanaşı onların bəzilərinə xüsusi icazı ilə
O, fənərlərin təmizlənməsi və işıqlandırılmasında rolundan əlavə, dövlət tərəfindən verilən icazə əsasında dövlət qonaqları üçün açılır.
Peyğəmbər Məscidinin Ağavatının şeyxi Şeyx Səid ibn Adəm bin Ömər Ağa miladi 2011-ci ildə nəşr olunan mətbuata müsahibəsində “bir çoxlarının bildiyinin əksinə olaraq, ağavat xədim olunmuş şəxslərdir və adətə onlar hələ uşaq ikən xədim olunurdular”-deyib.

Əhməd Hələbi /Səudiyyəli araşdırmaçı yazar
ahmad.s.a@hotmail.com
Ağavat vəzifəsini tutmaq üçün onlara qoşulmaq istəyən hər kəsin yerinə yetirməli olduğu şərtlər vardır ki, bunlardan ən əsası həmin şəxsin (xədim) olmasıdır. Eyni zamanda bu şəxsyeddi il gecə-gündüz hərəmdə yatmalı və öz vəzifəsini tam yerinə yetirməli, kiçikdən qocaya kimi rəhbərlərinin əmrlərinə tabe olmalı, sağlamlığı yaxşı olmalı, arıq, qoca və ya gücsüz olmamalıdır.
Ağavatların Peyğəmbər məscidində oturduqları xüsusi bir yerə sahibdirlər və bura (Suffa əhlinin) yerinin yaxınlığında, Ağavat kürsüsü adlanır və onların ictimai statusu vardır. Onlar möhtərəm Peyğəmbərin otağının xidmətçiləri və süpürgəçiləri olduqları üçün ağaların Məkkə və Mədinədə tanınmış vəqfləri vardır ki, onların gəlirləri dövlətdən aylıq ayırmalardan əlavə, onlara paylanır.