Səudiyyə Ərəbistanının Rabitə və İnformasiya Texnologiyaları naziri Abdullah Əl-Suvaha Pakistanın ən yüksək mülki mükafatlarından biri olan “Hilal-i-Imtiaz” ordeni ilə təltif edilib. Təltifetmə mərasimi cümə axşamı Ər-Riyadda, Pakistanın Səudiyyə Ərəbistanındakı səfiri Əhməd Faruq ilə keçirilən görüş zamanı baş tutub.
ArabAZ xəbər verir ki, rəsmi SPA agentliyinin cümə günü yaydığı məlumata görə, görüş zamanı tərəflər rabitə və texnologiya sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin prioritet sektorlarda tərəfdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
SPA agentliyi qeyd edib ki, bu yüksək mükafat “iki qardaş ölkə arasındakı tarixi münasibətlərin dərinliyini və rabitə, texnologiya, eləcə də süni intellekt sahələrində getdikcə böyüyən tərəfdaşlığı əks etdirir”.

