Bakı,ArabAZ
Pakistandan İraqa gedən şiə zəvvarları daşıyan avtobusun İranın mərkəzində qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub. ArabAZ xəbər verir ki, Yerli fövqəladə hallar rəsmisi Məhəmməd Əli Mələkzadə bildirib ki, qəza çərşənbə axşamı gecə İranın mərkəzi Yəzd əyalətində baş verib.
O əlavə edib ki, qəza nəticəsində daha 28 nəfər ölüb, xəsarət alan 23 nəfərdən 14-nün vəziyyəti ağırdır. Onun sözlərinə görə, avtobus sərnişinlərinin hamısı Pakistandan gəlib.
İran dövlət televiziyası qəzanın səbəbini avtobusun əyləclərinin sıradan çıxması və sürücünün diqqətsizliyi ilə əlaqələndirib.
Pakistanda media yerli şiə lideri Qəmər Abbasa istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfər ölüb. O, avtobusda olanların Pakistanın cənubundakı Sind əyalətinin Larkana şəhərindən olduğunu bildirib.
Qeyd edək ki, İran hər il təxminən 17,000 ölümlə dünyanın ən pis yol hərəkəti təhlükəsizliyi rekordlarından birinə malikdir.