BAKI,ArabAZ
Fransa paytaxtının ən məşhur teatrı sayılan Filarmoniya de Paris Teatrı Ümmü Gülsümün vəfatının 50-ci ildönümündə həsr olunmuş “Şərqin ulduzu” adlı konsert proqramı keçiriləcək. ArabAZ xəbər verir ki, konsertin keçirilməsində məqsəd dahi müğənninin mahnılarına yeni nəfəs verməkdir.
Misir Opera Teatrı bu nəhəng bədii şənlikdə iştirakını təsdiqləyib. Konsertə satılması nəzərdə tutulan 2400 biletin deməkl olar ki hamısı satılıb.
Ümmü Gülsüm kimdir?
Ümmü Gülsüm təkcə sənətkar deyildi; Siyasi cəhətdən tükənmiş ərəb xalqlarının səsi idi. Heç bir ərəb müğənnisi Ümmü Gülsüm kimi şöhrət qazanmamışdır.1910-cu illərdə atası ilə Nil sahillərində toylarda başlayan karyerası 1973-cü ilə qədər ərəb dünyasındakı dövlət başçılarından, hətta müharibələrdən çox ərəb ictimaiyyətinin gündəmini zəbt etdi.
Misir Opera Teatrının prezidenti, tədbirin Misirr və ümumilikdə ərəb mədəni iris üçün mühum olduğunu qeyd edib. Misirli sənətşünas Məhəmməd Əbdül Rəhman deyib ki, “Bu bayram Ümmü Gülsümün vəfatının əlli illiyi münasibətilə bir sıra ölkələrdə keçirilən silsilə tədbirlərin bir”.
Konsert proqramı gələn fevralın əvvəlində Parisdə keçiriləcək və maestro doktor Alaa Abdel Salamın rəhbərlik etdiyi Ərəb Musiqi Orkestri və opera ulduzları Rihab Ömər və İman Abdel Qaninin iştirakı ilə təşkil olunacaq.