Bakı,ArabAZ
İran prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29-da iştirak edəcək.
Bu barədə ArabAZ Trend-ə istinadən xəbər verir. Məlumata görə, İran prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyası (COP29) kənarında bir sıra görüşləri baş tutacaq.
İran nümayəndə heyətinə prezident rəhbərlik edəcək. Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.