ƏR-RİYAD,ArabAZ
İran prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri, şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səuda zəng edib.ArabAZ xəbər verir ki,
telefon söhbəti zamanı prezident Pezeşkian Səudiyyə Ərəbistanının Fələstin ərazilərində və Livanda davam edən İsrail təcavüzünün həllinə yönəlmiş Ərəb-İslam sammitinə ev sahibliyi etmək təşəbbüsünü yüksək qiymətləndirib. O, sammitin uğurla keçəcəyinə ümid etdiyini bildirib.
İki lider, həmçinin Səudiyyə Ərəbistanı və İran arasında ikitərəfli münasibətləri müzakirə edərək, əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi yollarını araşdırıblar.