TEHRAN,ArabAZ
Tehran “heç vaxt müharibə və qətllər dairəsini genişləndirməyə çalışmayıb”.ArabAZ xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkiana deyib.
“Bizim başqa ölkələrin sərhədləri ilə bağlı heç bir ambisiyamız yoxdur və hesab edirik ki, region ölkələri problemlərini dialoq yolu ilə həll etməlidir.İndiki şəraitdə qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmaq, anlaşılmazlıqları dialoq yolu ilə həll etmək lazımdır.İran keçmişlə müqayisədə indi daha yaxşı vəziyyətdədir” – deyə o bildirib.
İran prezidenti Suriyadakı vəziyyətlə bağlı deyib: “İslam ölkələri Amerika və İsrailin daxili münaqişələrdən sui-istifadə etməsinin qarşısını almaq və Suriyada davam edən böhranlara son qoymaq üçün müdaxilə etməlidir”.
Qeyd edək ki, İranın Suriyadakı səfiri Hüseyn Əkbəri dünən, şənbə günü deyib ki, Suriyadakı yaraqlıların hücumları ilə “İsrailin Livandakı itkisi” arasında aydın əlaqə var.
Əkbəri qeyd edib ki, Suriyadakı silahlı qruplaşmaların qabaqcıl texnikası onların Avropa və digər ölkələrdən əlaqə və dəstəyini göstərir.