ANKARA,ArabAZ
PKK terror təşkilatının Suriya qolu olun PYD-YPG səkkiz ildən çoxdur işöal altında saxladığı Tel-Rifat bölgəsində ağır itkiləır verir. ArabAZ xəbər verir ki, Azad Suriya ordusu ( Suriya Milli ordusu) dörd istiqamətdə terrorçuların işöalında olan şəhərə hücum təşkil edib.
Suriya milli ordusu ilə terrorçular arasında çox şiddətli toqquşmalar gedir və eyni zamanda, bölgə Suriya Milli Ordusu qüvvələri tərəfindən minaatanlardan atəşə tutlur.
Bu Ter-Rıfatın bilavasitə qərb xəttidir və hazırda Suriya Milli Ordusu qüvvələri Tel Rifatın dörd nöqtəsindən Tanap kəndi, Şavarqa kəndi, Maranes kəndi, Tedmaraş kəndi və bir çox başqa kəndlərə daxil olub.
Ter-Rıfatın şimalında və qərbində çox şiddətli toqquşmalar gedir. Terrorçuların işğal etdiyi kəndlərin kənd əraziləri ilk olaraq Suriya Milli Ordusunun qüvvələri tərəfindən intensiv raket, minaatan və artilleriya atəşi ilə vurulub. Daha sonra Suriya milli ordusunu PKK terrorçularından təmizlənən kəndlərə girib.
“110-DƏN ÇOX QƏSƏBƏYƏ MÜXALİFƏTİN NƏZARƏTİNDƏDİR”
İndiyədək 110-dan çox yaşayış məntəqəsini nəzarətə götürən rejim əleyhdarı silahlı müxalif qruplar, müəyyən edilmiş ərazinin 850 kilometrdən çox nöqtəsini də ələ keçirib. Hazırda əməliyyatın cəmləşdiyi nöqtə Hələb bölgəsində M5 avtomobil yolunun yerləşdiyi ərazidir.
Çünki M5 və M4 magistrallarının kəsişməsində yerləşən Serakip rayonu da rejim əleyhdarı olan silahlı müxalifət qruplarının nəzarətindədir. Rejimin son bir ayda həyata keçirdiyi hücumlarda çox sayda mülki vətəndaş həyatını itirib. Bunun üzərinə İdlibdəki rejim əleyhdarı müxalif qruplar Hələbi ələ keçirib.