DƏMƏŞQ,ArabAZ
Mənbici PKK/YPG terror təşkilatından təmizləyən Suriya Milli Ordusu (SMO)əsgərləri yeni hədəflərinin Ayn əl Ərəb olduğunu bildirib.ArabAZ xəbər verir ki, Mənbici terror təşkilatı PKK/YPG-dən təmizləyərək azad edən Suriya Milli Ordusu əsgərlərinin yeni hədəfi müəyyənləşib.
Hal hazırda SMO terror təşkilatı PKK/YPG-ni digər ərazilərdən təmizləmək üçün əməliyyatlarını davam etdirir.
Ordu komutanı Əbu Bəha Əl Şami açıqlamasında PYD-ni yer üzərindən siləcəklərini elan edib.
“Mənbiçdən ayrıldıqdan sonra Kobani, Rakka və Hasakiyə gedəcəyik. Suriyada PKK-nın adı qalmayacaq. Mənbici azad etdik və bölgə xalqı indi daha rahatdır.
Suriyanı viran qoyan, İran, PKK və Əsəddir”-deyə o bioldirib.
Əlaqəli Xəbərlər
Şərh əlavə et
Haqqımızda
ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.