DOHA,ArabAZ
Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani və Əmirə Şeyxa Cəvahir bint Həməd bin Suhaim Al Tani, bazar ertəsi Böyük Britaniyaya dövlət səfərinə başlayacaqlar.
ArabAZ xəbər verir ki, səfər kral III Çarlzın dəvətinə cavab olaraq həyata keçirilir.
Səfər zamanı Əmir Kral III Çarlz ilə görüşəcək, baş nazir və yüksək vəzifəli şəxslərlə iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi ilə bağlı danışıqlar aparacaq, eyni zamanda ümumi maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Əlahəzrət Əmiri baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və rəsmi nümayəndə heyəti müşayiət edəcək.