DOHA,ArabAZ
Daxili İşlər Naziri və Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı və Referendum üzrə Ümumi Komitəsinin sədri Şeyx Xəlifə bin Həməd bin Xəlifə Al Tani seçki məntəqələrini yoxlayır.ArabAZ xəbər verir ki,məqsəd referendumun tam şaffaf keçməsini təmin etmədir.
Qeyd edək ki, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani on səkkiz yaşını tamamlayan Qətər vətəndaşlarını ölkədə keçiriləcək konstitusiyaya dəyişikliklərlə bağlı ümumi referendumda iştiraka dəvət edən fərman verib.
Qətər Şurası (Parlament) ölkə əmirinin bu ayın ortalarında elan etdiyi və Şura üzvlərinin seçilməsi üçün “təyinat” sisteminə qayıtmağa səbəb olan konstitusiya dəyişiklikləri layihəsini yekdilliklə təsdiqlədi.
Fərmana əsasən referendum bu il noyabrın beşində keşiriləcək. Sərəncamda qeyd olunur ki, referendum səhər saat 7-də başlayıb axşam saat 7-dək davam edəcək, nəticələri isə bitdikdən sonra 24 saat ərzində elan ediləcək.
Məlulam üçün bildirək ki, bu il oktyabrın 14-də Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ölkəsindəki konstitusiya dəyişiklikləri layihəsinin, o cümlədən Şura (Parlament) üzvlərinin təyin edilməsi sisteminə qayıdılması ilə bağlı lazımi addımların atılması üçün gösrətiş verib.
“Ölkəm və xalqım qarşısında məsuliyyət və borcuma əsaslanaraq, vətəndaşların hüquq və vəzifə bərabərliyi ilə bağlı konstitusiya dəyişiklikləri layihəsinin müzakirəyə çıxarılmasına göstəriş verirəm. Şura üzvlərinin təyin edilməsi sisteminə qayıdış lazımi tədbirlər görülməsi üçün hörmətli Şuraya (parlamentə) göndəriləcək. Artıq bununla bağlı tədbir görülüb”-deyə şeyx Təmim bin Həməd Al Tani dyib.
Şeyx Təmim bin Həməd Al Sani gözlənilən konstitusiya dəyişikliklərinin referenduma çıxarılacağını və seçki əvəzinə təyinat sisteminə qayıdılmasını ehtiva etdiyini bildirib.