Çərşənbə, 8 İyl 2026
ArabAZ-Ən yaxın şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən yaxın şərqArabAZ-Ən yaxın şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Qətər halal turizmdə dünya top-5-liyindəki mövqeyini qorudu

Qətər halal turizmdə dünya top-5-liyindəki mövqeyini qorudu

İyul 8, 2026 12:26 axşam
Paylaş
Paylaş

Qətər, “Mastercard” və “CrescentRating” təşkilatlarının birgə hazırladığı “Qlobal Müsəlman Səyahət İndeksi 2026” (Global Muslim Travel Index – GMTI) rəsmi hesabatında böyük uğura imza ataraq qlobal reytinqdə 5-ci mövqeyini qoruyub saxlayıb. Ölkə halal turizm standartları, rəqəmsal innovasiyalar və dünya səviyyəli infrastrukturu sayəsində müsəlman səyyahlar üçün planetin ən cəlbedici mərkəzlərindən biri olduğunu növbəti dəfə sübut edib.

ArabAZ xəbər verir ki, hesabatda qeyd olunur ki, qlobal müsəlman səyahət bazarında beynəlxalq turist axınının 2026-cı ildə 208 milyon nəfərə çatması, 2030-cu ilə qədər isə bu rəqəmin 262 milyona yüksəlməsi gözlənilir. Bu nəhəng bazarın illik dövriyyəsi təxminən 310 milyard ABŞ dolları həcmində qiymətləndirilir. 100 mümkün baldan 76 bal toplayaraq top-5-likdə qərarlaşan Qətər, İslam dəyərlərinə sadiqliyi ilə modern lüks turizm təcrübəsini mükəmməl şəkildə sintez edən unikal dövlət modeli kimi fərqlənib.

Sənəddə vurğulanır ki, Qətər Formula 1 Qətər Qran Prisi və tarixi FIFA Dünya Kuboku 2022 kimi nəhəng beynəlxalq idman tədbirlərinə ev sahibliyi edərkən özünün dini-mədəni kimliyini tam qoruyub saxlaya bilib. Ölkədəki demək olar ki, bütün mükafatlandırılmış (premium) otel və kurortlarda halal qida rasionu və xüsusi ibadət otaqları mövcuddur.

Bundan əlavə, Qətər müsəlman səyyahlar üçün ümumi əlçatanlıq göstəricilərinə görə dünyada 2-ci yeri tutub. Bu uğurun arxasında ölkənin yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi, geniş beynəlxalq hava əlaqələri, sadələşdirilmiş elektron viza (e-visa) prosedurları və tranzit imkanları dayanır. Eyni zamanda, Qətər Küveyt və Oman ilə birlikdə hava limanlarında göstərilən xidmətlərin səviyyəsinə və müsəlman qadın səyyahların təhlükəsizliyinə görə maksimal (yüz faizlik) nəticə göstərib.

Süni intellekt (AI) erası: “Sama 2.0” və rəqəmsal vizuallıq

GMTI 2026 hesabatı bu il texnologiyanın turizm sənayesinə göstərdiyi təsirə xüsusi diqqət ayırıb. Hazırda dünyadakı səyyahların 80%-i səfərlərini planlaşdırarkən süni intellekt alətlərindən istifadə edir. Müsəlman turistlər üçün AI proqramları halal restoranların tapılmasında, namaz vaxtlarının və yerlərinin müəyyənləşdirilməsində əvəzsiz rola malikdir.

“Fiziki infrastrukturundan asılı olmayaraq, öz halal xidmətlərini rəqəmsal platformalarda və axtarış sistemlərində vizual olaraq əlçatan etməyən turizm ölkələri, süni intellekt əsaslı səyahət platformaları tərəfindən tamamilə unudulmaq və diqqətdən kənarda qalmaq riski ilə üz-üzədirlər.”-deyə hesabatda qeyd olunur.

Qətər bu sahədə rəqəmsal innovasiya nümunəsi kimi göstərilib. Belə ki, “Qatar Airways” aviaşirkətinin tətbiq etdiyi süni intellekt əsaslı rəqəmsal bələdçi “Sama 2.0” virtual köməkçi xidməti müştəri məmnuniyyətini maksimuma çatdırıb. Həmçinin çoxdilli turizm xidmətləri, xüsusi təlim keçmiş personal və aydın tranzit işarələri ölkənin rəqabət gücünü artırıb. Regionun digər dövlətlərindən Küveyt qlobal reytinqdə 7-ci, Oman isə 10-cu pillədə qərarlaşaraq Körfəzin halal turizm mərkəzi statusunu bərkidiblər. ACES (Əlçatanlıq, Kommunikasiya, Ətraf Mühit, Xidmət) metodologiyasına əsaslanan builki 11-ci nəşrdə ümumilikdə 150 turizm nöqtəsi qiymətləndirilib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Qətər

Doha metrosu 7 yaşını qeyd edir

Müəllif:
ArabAZ News
Arab SportArab+QətərRedaktorun seçimi

Qətərdə Körfəz Oyunlarının açılışı baş tutub

Müəllif:
ArabAZ News
Qətər

Dohada “Hala Summer” ilə unudulmaz tətil yaşayın

Müəllif:
ArabAZ News
Qətər

Qətər və Rusiya  regional məsələləri müzakirə edib

Müəllif:
ArabAZ News
ArabAZ-Ən yaxın şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.