Bakı, Arab.AZ
2023-cü ilin oktyabrından Qəzza əhalisinin təxminən 90 faizi didərgin düşüb.
Arab.AZ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) X sosial media platformasında paylaşım edib.
Paylaşımda İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisin bəzi bölgələrində yaşayan fələstinlilərdən avqustun 1-dən bəri 13-cü dəfə “qondarma humanitar zonalara” getmələrini xahiş etdiyi bildirilib.
“Qəzza əhalisinin təxminən 90 faizi 2023-cü ilin oktyabr ayından bu yana məcburi köçkün vəziyyətinə düşüb. Onlar indi Qəzza zolağının yalnız 1/10 hissəsinə sıxışdırılıblar.” – deyə paylaşımda qeyd edilib.
Yazıda Qəzzada heç bir yerin təhlükəsiz olmadığı da vurğulanıb.
Hafiz Rufizoğlu