Bakı,AzerVoice

Fələstin ərazilərində Fələstin Muxtariyyətinin yaranmasından bəri, 1990-cı illərin əvvəllərində, İsraildə daxili təhlükəsizliyi qorumaqla məsul olan Şin Bet, İordan çayının qərb sahilində və Qəzza zolağında Fələstin liderlərinin uzun siyahısını öldürməyə müvəffəq olub. Həqiqətə də İsrail bu məslədə üstünlüyünü qoruyub saxlamaqdadır. Belə ki, İsrail həm Fələstin daxilində həm də Fələstin hüdudlarında kənar qətllər törədib. İsrail bunu milli  təhlükəsizliyinin qurunması üçün etdiyini bildirir.

İsrailin hazırkı müharibədən 9 ay sonra Qəzza zolağında HƏMAS və Əl-Qəssam liderlərinə çatmaqda əldə etdiyi uğur hələ də müzakirə mövzusudur.

9 aylıq müharibədən sonra HƏMAS-ın tanınmış simalarına çata bilməməsini uğursuzluq hesab edənlər də var. Ən azından  ona görə ki, İsrail Qəzzadakı HƏMAS liderinə çatmayıb. Yəhya Sinvar və onun qardaşı Məhəmməd hələ də İsrail ordusundan gizlənə biliblər.

Lakin Mərvan İsanın və Əl-Qəssam briqadalarının rəhbərlərinin öldürülməsi İsrail üçün böyük nailiyyət sayıla bilər.

Şir Peled İsrail gizli qüvvələrinin üzvlərindən biridir (Wall Street Journal)

Qeyd edək ki, bir neçə gün əvvəl İsrail 30 ildən artıqdır ki, təqib etdiyi Əl-Deyifi öldürmək məqsədi daşıyan kütləvi hücum həyata keçirdi.

İsrail bundan əvvəl, onun müavini Mərvan İsanı, həmçinin Əl-Qəssamdakı Xan Yunis Briqadasının komandiri Rafi Sələməni (Əl-Deyfi hədəf alan eyni zərbədə), Mərkəzi Briqadanın komandiri Ayman Nofəli öldürdü.

Şübhə yoxdur ki, İsrail bir çox tanınmış komandirlərin və səhra komandirlərinin olduğu yerə çatmağa müvəffəq olub, onlardan bəziləri həqiqətən öldürülüb, bəziləri isə sağ qalıb və ya yaralanıb.

İsrail Qəzzadakı fraksiyaların liderləri haqqında bilgiləri necə əldə edir?

İsrail təhlükəsizlik və kəşfiyyat xidmətləri HƏMAS və digər fraksiyaların rəhbərliyinə çıxış üçün müxtəlif mənbələrə malikdir. Bu mənbələrdən biri hədəflərin öyrənilməsində və izlənməsində böyük köməklik göstərən,hücumların yerlərini və vaxtlarını təyin etməyə dəstək verən insan faktorudur.

İsrail onilliklər ərzində agentlərdən istifadə edir və “axtarılan şəxslərin tapılmasına və onların öldürülməsinə kömək edən böyük xidmətlər” göstərən bir “ordu” qura bilib.

İordan çayının qərb sahilində və ya Qəzza zolağında son illərdə Hakimiyyət və Fələstin fraksiyaları tərəfindən aparılan geniş araşdırmalar göstərdi ki, İordan çayının qərb sahilində və ya Qəzza zolağında hər bir sui-qəsd əməliyyatında bu və ya digər şəkildə fələstinli agentlər iştirak edib. Bu fələstinli agentlərin bəziləri bir başa sui-qəsd əməliyatlarında iştirak edib.

Təbii ki,  insan faktoru istənilən kəşfiyyat qurumu üçün casusluq prosesində ən mühüm amillərdən biridir.

Bu illər ərzində Qəzzada müqavimət və hökumət təhlükəsizlik xidmətləri İsrail ilə əlaqələri olan yüzlərlə insanı həbs edib. İsrail bu işdə o qədər peşəkarlaşıb ki, hətta bir başa fraksiyaların içinə nüfuz edə bilib.

Bu faktlar HƏMAS tərəfindən edam edilən fələstinli İsrail cəsusları tərəfindən etiraf edilib. Hətta  bəzən olduqca aktiv hərbi bir fəalın İsrail agenti olduğu da aşkarlanıb.

Yaşanan bir fakt üzərində durmaq istərdik. Bir dəfə İsrail kəşfiyyatı bir hərbi fəalı əməkdaşlığa cəlb edə bilib və onu Qəzza zolağının şimalındakı müxtəlif ərazilərdə girərkən tunelləri skan etməyə kömək edən casus elektron çiplər olan idman ayaqqabısı ilə təchiz edir.  Scan edilən bütün məlumatlar xüsusi  tezliklə İsrail ordusuna ötürülür.

İsrail müharibənin əvvəlində HƏMAS liderlərinin və ya qaçıranların yerlərini bildirmək müqabilində böyük məbləğdə pul ödəməyi təklif etmişdi, lakin pul bəzi fələstinlilər üçün tək motivasiya deyil.

İsrail öz xeyrinə agentləri cəlb etmək üçün bir neçə üsula, o cümlədən şantaj üsuluna da əl atır. Belə ki, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunanların bəziləri şəxsi həyatlarının ifşa olunması təhdidi altında əməkdaşlığa cəlb olunublar.

İsrail həmçinin iqtisadi vəziyyətdən sui-istifadə etmək, pul ödəmək və ya əməkdaşlıq müqabilində kiçik layihələri maliyyələşdirir.

Bəzən insanların adı ehtiyacları – iş icazəsi, ticarət icazəsi, səyahət icazəsi və ya müalicə üçün Qəzzadan çıxmasına göstərilən köməklik qarşısında əməkdaşlığa cəlb olunmaq üçün istifadə edilir.

HƏMAS mənbələrinin açıqlamalarına görə, Erez keçidi vasitəsilə İordan çayının qərb sahilinə və ya İsrailə gedən ən azı 30 nəfərin əməkdaşlığa cəlb olunması üzə çıxıb və onla icazələrin verilməsi müqabilində HƏMAS haqqında məlumat toplamaları istənilib.

İsrail təkcə insan amilinə güvənmir, həm də süni intellekt və müxtəlif texnoloji vasitələrdən istifadə edir.

Casus təyyarələr Qəzza zolağının səmasında dayanmadan fəaliyyət göstərirlər, onlar süni intellektə qoşulan təyyarələrdir ki, onların vasitəsilə liderlərin üzləri və səsləri müəyyən bir kilometr məsafədə tanınır.  “İslami Cihad”ın lideri İyad Əl-Həssani 2023-cü ilin mayında “təhlükəsiz” olaraq xarakterizə edilən bir tezliyi istifadə edərək danışarkən öldürüldü. Daha sonra məlum oldu ki, İsrail onun səsini identifikasiya edib və dərhal öldürüb.

Daha sonra İsrail Qəzzaya qarşı müharibəsində həqiqətən süni intellektdən istifadə etdiyini təsdiqlədi və bu, bir çox mübahisələrə səbəb oldu.

Məlumdur ki, israillilər Qəzzada mobil və simsiz rabitə vasitələrini izləyirlər və bu cihazlardan istifadə edərkən bir çox hərbi activist və səhra komandiri öldürülüb.  Bu da öz növbəsində HƏMAS-ı öz yerüstü rabitə şəbəkəsini yaratmağa vadar edib.

İsrail tunellərin müəyyən edilməsi və zərərsizləşdirilməsi məsələsinə də texnologiya təqdim edib.

HƏMAS keçmişdə cəsuslara qarşı olduqca amansız olub və onların demək olar ki, bir çoxu edam edilib. Digərləri isə ikili əməkdaşlığa cəlb ediliblər və bu da öz effektini verib. Bütün bunlara baxmayaraq İsrial hələ də Fələstin daxilində olan ərəbləri müxtəlif üsullarla əməkdaşlığa cəlb edir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version