Bakı,ArabAZ
Şənbə günü səhər saatlarında baş verən və HƏMAS hərəkatı tərəfindən də pislənilən yeni İsrail bombardmanı sosial media platformalarında #Dawn_Massacre həştəqi ilə yayılıb və ekspertlər bunu “İsrailin təxribat niyyəti” hesab ediblər. Bu təxribat HƏMAS ilə danışıqların qarşısını almağa yönəlib.
Axios xəbər saytının verdiyi məlumata görə, ABŞ dövlət katibi Entoni Blinken Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün səyləri birləşdirmək üçün bölgəyə səfər etməyi düşünür, lakin o razılaşmanın əldə olunmasına mane olacaq hər hansı təxribatlardan ehtiyatlanır.
Fələstin mediasının verdiyi məlumata görə, İsrail Qəzzada köçkünlərə sığınacaq verən Əl-Tabain məktəbini bombalayıb, 100-dən çox Fələstin vətəndaşını öldürüb və onlarla insan yaralanıb, İsrail ordusu isə bu basqın zamanı 20 HƏMAS və İslami Cihad yaraqlısının öldürüldüyünü bildirib.
Misir Xarici İşlər və Mühacirət Nazirliyinin bəyanatına görə, Misir İsrailin yeni bombardmanını pisləyib və Qəzzada Fələstin xalqının müdafiəsini təmin edən vahid və effektiv beynəlxalq mövqe tələb edib.
Misir təkid edib ki, rəsmi Qahirə “diplomatik səylərini və bütün beynəlxalq nüfuzlu tərəflərlə intensiv təmaslarını davam etdirəcək. Misirin bu effektisz olan bu addımına Səudiyyə Ərəbistanı da qoşulub.
Krallığın rəsmi mövqeyi isə belədir ki, “İsrail hökumətinin yeni qırğınlar törətməsi, vasitəçilərin səylərinə mane olmaq səylərinin göstəricisidir”.
Lakin reallıq odur ki, atəşkəslə bağlı razılaşma olmadığı müddətcə İsrail qırğınları davam edəcək.