RAMALLAH,ArabAZ
Şənbə günü səhər Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində fəaliyyət göstərən çörək sexinin qarşısında açılan atəş nəticəsində üç qadən öldürülüb.ArabAZ xəbər verir ki, insidentin hansı səbəbdən baş verdiyini araşdırmaq mümkün olmasa da, bu bölgədə çörək növbələrində yaşanan birinci insident deyil.
Qeyd edək ki, bu Qəzzada olan ilk çörək sexidir və hər gün yüzlərlə insan bu ərazdəki çörək sexinin qarşısında çörık növbəsinə durur.
Qəzza zolağının mərkəzi və cənub bölgələrində getdikcə çətinləşən böyük aclıq fonunda vətəndaşların çörək əldə etməsi olduqca çətinləşir. Deyr əl-Bələhdə 300 mindən çox şəhər sakini ilə yanaşı, 850 minə yaxın köçkün var.