DƏMƏŞQ,ArabAZ
Bəşər Əsəd rejiminin devrilməsindən sonra Qərbin Suriyadan qorxmağa heç bir əsası yoxdur,ArabAZ xəbər verir ki, bunu Heyət Təhrir Əl-Şam (HTS) qrupunun lideri Əbu Məhəmməd Əl-Culani deyib.
Əl-Culani Əsədin qaçmasından sonra Qərb mətbuatına verdiyi ilk müsahibəsində təkid edib ki, Suriya sabitlik yolundadır.
“Qorxu rejimin mövcudluğundan qaynaqlanırdı. Suriya indi inkişaf, yenidənqurma və sabitlik yolundadır”-deyə o bildirib.
Bununla belə, HTS BMT, ABŞ, Böyük Britaniya və digər dövlətlər tərəfindən terror təşkilatı kimi tanınır.
Culanının hakimiyyəti tez bir zamana ələ keşirməsi və Əsədin ölkədən qaşması, kürdlər, ələvilər və xristianlar da daxil olmaqla azlıqlar arasında qorxuları artırıb.
Əlaqəli Xəbərlər
Şərh əlavə et
Haqqımızda
ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.