DOHA,ArabAZ
Türkiyə mediası müxtəlif platformalarda Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Ankaraya səfərinə geniş yer ayırıb. Şeyx Təmim Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qətər-Türkiyə Yüksək Strateji Komitəsinin 10-cu iclasına sədrlik edib.
Türkiyə hökumətinə yaxınlığı ilə tanınan gündəlik qəzet “Yeni Şafak” öz sayında Şeyx Təmimin Türkiyə səfərinə geniş işıqlandırıb.
Anadolu Agentliyi , həm də TRT kanalı, hər iki xalqın liderlərinin iştirakı ilə, müxtəlif sektorlarda səkkiz müqavilənin imzalanması barədə məlumat yayıb. Doha ilə Ankara arasında əlaqələrin daha da möhkəmləndirilməsində səfərin mühüm əhəmiyyəti vurğulanıb.
“DailySabah” qəzeti öz növbəsində Türkiyə ilə Qətər arasında imzalanan siyasi müzakirələrə və müqavilələrə diqqət çəkib. Qəzet əmirin Ankaraya səfərinə Türkiyənin güclü marağı olduğunu vurğulayaraq, bunu ikitərəfli münasibətlərdə mühüm yeni mərhələnin əlaməti kimi səciyyələndirib.
Türkiyə mətbuatı həmçinin Qətər-Türkiyə münasibətlərinin son iyirmi ildə müxtəlif sahələri, o cümlədən iqtisadi, siyasi və hərbi əməkdaşlığı əhatə edən diqqətəlayiq inkişafını qeyd edib. Onlar bu əlaqələrin 2014-cü ildən etibarən daha da gücləndiyini vurğulayıblar.