Doha,ArabAZ
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden ilə telefon danışığında Qəzza və işğal olunmuş Fələstin ərazilərində vəziyyətin inkişafı, habelə birgə vasitəçilik səylərini müzakirə edib. ArabAz xəbər verir ki, danışıqların predmeti Qəzzada müharibəni dayandırmaq olub.
Söhbət zamanı həmçinin iki ölkə arasında strateji münasibətlərin daha da dəstəklənməsi və genişləndirilməsi yollarını araşdırıb, son regional və beynəlxalq hadisələr müzakirə edilib.