Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Qətər yaxında maye qaz hasilatını bərpa edir

İyun 24, 2026 3:09 axşam
Paylaş
Paylaş

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani “Financial Times” qəzetinə verdiyi müsahibədə ölkəsinin maye təbii qaz (LNG) hasilatını “bir neçə həftə ərzində” normal səviyyəyə qaytarmağı planlaşdırdığını bəyan edib.

ArabAz xəbər verir ki, hökumət başçısı müharibə dövründə İranın hücumları, son günlərdə isə sənaye qəzası nəticəsində baş verən partlayış səbəbindən zərər görən flaqman “Ras Laffan” qaz kompleksi istisna olmaqla, digər sahələrdə işlərin sürətlə bərpa ediləcəyini bildirib. Qətərin dövlət enerji şirkəti “QatarEnergy”, Hörmüz boğazında naviqasiya təhlükəsizliyi təmin edilən kimi tammiqyaslı fəaliyyətə qayıtmağa hazırlaşır.

Fors-major vəziyyəti təhlükəsizlik tam təmin olunduqdan sonra ləğv ediləcək

Şeyx Məhəmməd qeyd edib ki, dayandırılmış LNG tədarükləri ilə bağlı elan edilmiş fors-major (fövqəladə və qarşısıalınmaz hallarda müqavilə öhdəliklərindən hüquqi azad olunma) statusu yalnız “QatarEnergy” rəhbərliyi bütün texniki problemlərin aradan qaldırıldığına və infrastrukturun tam təhlükəsiz fəaliyyət göstərəcəyinə əmin olduqdan sonra ləğv ediləcək.

Qlobal maye qaz bazarının təxminən beşdə birini (20%) təmin edən Qətər, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra regionda yaranmış gərginlik səbəbindən Hörmüz boğazı vasitəsilə ixracı və istehsalı müvəqqəti dayandırmışdı.

İndi isə tərəflər arasında əldə olunmuş çərçivə razılaşması çərçivəsində, İsveçrədə aparılan danışıqlarda ABŞ və İran arasında birbaşa qaynar xəttin (hotline) qurulması müzakirə edilir. Baş nazirin sözlərinə görə, bu qaynar xətt dezinformasiyaların qarşısını almaq və Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət kəsb edir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

QətərRedaktorun seçimi

Golden Pass LNG- ABŞ-dakı Qətər investisiyası

Müəllif:
mail.azerpress@gmail.com
Qətər

Doha metrosu 7 yaşını qeyd edir

Müəllif:
ArabAZ News
Qətər

Dohada “Hala Summer” ilə unudulmaz tətil yaşayın

Müəllif:
ArabAZ News
BƏƏRedaktorun seçimi

BƏƏ-də sosial mediada qanunsuz paylaşımlara sərt qadağalar

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.