DOHA,ArabAZ
Qətər 2025-ci ilin noyabrında Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyansın ilk sammitinə ev sahibliyi etmək niyyətindədir və bu, yeni yaradılmış alyansın liderlərinin ilk görüşünü olacaq.
ArabAZ xəbər verir ki, Braziliyanın rəhbərlik etdiyi təşəbbüs prezident Luiz İnasio Lula da Silvanın təklifindən sonra bu ilin noyabrında Braziliyanın müvəqqəti sədrliyi ilə Rio-de-Janeyroda keçirilən G20 Sammiti zamanı rəsmi olaraq təsis edilib.
Qarşıdan gələn sammit Birləşmiş Millətlər Təşkilatının başılığı keçiriləcək və müzakirələr qlobal miqyasda aclıq və yoxsulluqla mübarizəyə yönələcək.
Xəbəri , Braziliyanın Sosial İnkişaf, Ailə və Aclığa Qarşı Mübarizə naziri Vellinqton Dias və Qətər Xarici İşlər Nazirliyi nəzdində Konfransların Təşkilat Daimi Komitəsinin (PCOC) icraçı direktoru Mübarək Əl Kuvari arasında Dohada keçirilən görüşdən sonra verdikləri açıqlamada təsdiq ediblər.