DOHA,ArabAZ
Qətərdə Pakistan incəsənət nümunələri sərgisi keçirilib,ArabAZ xəbər verir ki, sərgidə 1940 -cı illərdən bu günə kimi Pakistanda müxtəlif janrlarda hazırlanan sənət əsərləri nümayiş etdirilib.
Sərgidə ümumilikdə rəssamların, fotoqrafların və memarların müxtəlif əsərlərindən ibarət 200-dən çox sənət əsərini, fotoşəkillər, videolar, heykəllər, instalyasiyalar, tekstil və miniatürlər nümayiş olunub.
Sərginin açılışında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Qətər Muzeylərinin Qəyyumlar Şurasının sədri Şeyxa Əl Mayassa bint Həməd bin Xəlifə Al Tani iştirak edib.