QÜDS,ArabAZ
ABŞ-ın vitse-prezidenti Kamala Harris Qəzzada atəşkəs razılaşmasının əldə edilməsində müəyyən irəliləyişlərin əldə edildiyini, lakin real razılaşma əldə olunmasa, bunun “mənasız” olduğunu bildirib.ArabAZ xəbər verir ki. Harris bunu qatıldığı televiziya proqramında deyib.
“Biz mümkün qədər tez atəşkəs və girovlarla bağlı razılığa gəlməliyik”-deyə o bildirib.
Harris gələn aya planlaşdırılan prezident seçkilərində keçmiş Respublikaçı prezident Donald Trampla qarşılaşacaq.