Bakı, ArabAZ
Qəzzada dərhal atəşkəs təmin edilməlidir. ArabAZ xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Fələstin prezidenti Mahmud Abbasla görüşü zamanı deyib.
Ərdoğan Qəzzada dərhal atəşkəs və fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılması üçün bütün ölkələrin, xüsusilə də İslam dünyasının səylərini artırmalı olduğunu bildirib.