BAKI,ArabAZ
Qlobal iqlim problemi həllində kollektiv səy labüdür, ArabAZ xəbər verir ki, bunu ArabNews qəzetinə müsahibəsində Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov deyib.
O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən olan ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün “kollektiv səy”də bir araya gəlməlidir.
“Biz “daha yaşıl dünya üçün həmrəylik” dedikdə, iqlimlə bağlı fəaliyyətin kollektiv səy göstərməli olduğunu nəzərdə tuturuq. Bu məsələdə kollektivlik olmasa bizim hər şeyi itirmək riskimiz var. Afrika ölkələri, qlobal istiləşməyə 4 faizdən az töhfə verir, lakin iqlimə həssas olan ölkələrin əksəriyyəti Afrika qitəsindədir”, -deyə, Soltanov bildirib.
Soltanov onu da bildirib ki, keçən ildən etibarən yayda həddindən artıq istilər Tunis kimi Afrikanın şimal hissələrinə ciddi təsir göstərib və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, Tunisdə temperatur 49°C-yə, Mərakeşdəki Aqadirdə isə 50.4°C-yə çatıb.