BAKI,ArabAZ
NATO-nun baş katibi Mark Rutte bazar ertəsi deyib ki, Rusiya və İran devrilmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə törədilən cinayətlərdə şərikdir və onun devrilməsi onların “etibarsız tərəfdaş” olduğunu göstərir. ArabAZ xəbər verir ki, Əsədin Moskva Tehrana bir faydası olmadığı üçün onu tırk etfilər.
“Rusiya və İran Əsəd rejiminin əsas dəstəkçiləri idi və onlar Suriya xalqına qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıyırlar. Onlar həm də etibarsız tərəfdaş olduqlarını sübut etdilər; “Əsəd artıq onlara fayda vermədikdə onu tərk etdilər”-deyə o qeyd edib.
Suriya müxalifəti bazar günü Dəməşqi azad etdiyini və prezident Bəşər Əsədin 24 illik hakimiyyətini devirdiyini elan edib. Müxalifətin dövlət televiziyasında yayımlanan bəyanatında deyilir: “Şükürlər olsun ki, Dəməşq şəhəri azad edildi və tiran Bəşər Əsəd devrildi”.
Müxalifət əlavə edib ki, bütün məhbuslar azad edilib, Kreml isə Əsəd və ailəsinin Rusiyaya gəldiyini elan edib və Rusiya prezidenti Vladimir Putin ona “humanitar səbəblərə görə” sığınacaq verib.
Bir neçə gün əvvəl Suriya müxalifət qrupları cəmi bir günlük döyüşlərdən sonra və Suriyanın şimal-qərbindəki əsas şəhərlər Hələb və Həma üzərində nəzarəti ələ keçirdikdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarəti ələ keçirdiklərini elan ediblər.