ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanı 60 ölkədə 200 inkişaf layihəsini dəstəkləmək üçün 6 milyard dollar ayırıb.ArabAZ xəbər verir ki, bunu Krallığın Vəliəhdi, şahzadə və baş nazir Məhəmməd bin Salman deyib.
“Səudiyyə Ərəbistanı 2020-ci ildə sədrliyi dövründə G20-nin fəaliyyət xəritəsinə su məsələlərini “ilk dəfə” daxil edib, bundan əlavə, Krallığın su sektorunda 200 inkişaf layihəsini dəstəkləmək üçün 6 milyard dollar ayırıb”-deyə o bildirib.
Vəliəhd Ər-Riyadda Fransa prezidenti Emmanuel Makron, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və bir sıra nazirlər və rəsmilərin iştirakı ilə keçirilən “Bir Su” sammitində çıxış edib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi çıxışında bildirib ki, bu gün dünya su sektorunda artan problemlərlə, o cümlədən istifadəyə yararlı suyun qıtlığı və səhralaşma problemlərinin kəskinləşməsi və insan həyatı üçün ciddi təhlükə yaradıb.