ƏR-RİYAD ,ArabAZ
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan ölkəsinin Qəzza və Livandakı müharibəni dayandırmaq və Fələstin məsələsində yekun həllə nail olmaq üçün lazım olan hər şeyi edəcəyini təsdiqləyib.ArabAZ xəbər verir ki,o, Ər-Riyadda keçirilən İki Dövlətli Həllin Həyata keçirilməsi üzrə Qlobal Alyansın iclası çərçivəsində çıxış edib.
“Fələstin Dövlətinin yaradılması İsraillə münasibətlərin qurulması üçün ilk şərtdir və ölkəsi UNRWA-nı dəstəkləyir”-deyə o əlavə edib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Livan və Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Ərəb-İslam zirvəsi elan edib və Fələstin dövlətinin tanınması barədə danışmağa başlayan böyük Qərb və Şərq ölkələrinin olduğuna diqqət çəkib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri vurğulayıb ki, bu görüş 90 ölkə və dövlət təşkilatının bu tədbirdə bir məqsədlə, yəni “Fələstin dövlətinin yaradılması” ilə iştirak etdiyi bir neçə addımdan birdir.
XİN rəhbəri Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın “Fələstin dövlətinin yaradılması Səudiyyə Ərəbistanının İsraillə normallaşma yolunda irəliləməsi üçün şərtdir” deyən son bəyanatını təkrarlayıb.