ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanının Şimal Sərhədləri bölgəsi Arar şəhərinin bir neçə yerində cırtdan bal arıları (Apis florea) ortaya çıxıb. ArabAZ xəbər verir ki, mütəxəssislər bunu təbiət qoruqlarının sayının artması və bölgədə müxtəlif yerli floranın canlanması ilə əlaqələndirirlər.
Adətən nəhəng bal arısı və şərq bal arısı kimi daha böyük arı növləri ilə yanaşı tapılan cırtdan arı, insan ovucundan böyük olmayan kiçik pətəklər düzəldir ki, bu pətəklərdən maksimum 500 qram bal yıqmaq olur.
Kiçik ölçülərinə baxmayaraq, cırtdan arılar həddindən artıq istilərə tab gətirmək qabiliyyəti ilə tanınırlar, belə ki, onlar 50 dərəcədən yüksək temperaturda inkişaf edirlər.