ƏR-RİYAD ,ArabAZ
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb. ArabAZ xəbər verir ki, iki nazir Səudiyyə-ABŞ strateji münasibətlərini və müdafiə tərəfdaşlığı çərçivəsində onun inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər.
Onlar həmçinin son regional və beynəlxalq hadisələri, regionda gərginliyin azaldılması səylərini, regional təhlükəsizlik və sabitliyin təmin edilməsi yollarını müzakirə ediblər.