ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Şahzadə Faysal bin Farhan, Ər-Riyaddda səfərdə olan İran XİN rəhbəri Abbas Əraqçi ilə bölgədəki hadisələri müzakirə edib.
ArabAZ xəbər verir ki, bu haqda Səudiyyə XİN bəyanatında deyilir.: “Xarici İşlər Naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah bu gün (çərşənbə) Ər-Riyaddakı nazirliyin mənzil-qərargahında İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib. Qəbul zamanı ikitərəfli əlaqələr və onların müxtəlif sahələrdə inkişaf etdirilməsi yolları müzakirə edilib, regionda baş verən proseslər və bu istiqamətdə görülən səylər müzakirə olunub”-deyə bəyanatda deyilir.
Qeyd edək ki, bu gün İran XİN rəhbəri regiona səfər edir, İranın dövlət agentliyi ISNA-nın verdiyi məlumata görə, səfərə Səudiyyə Ərəbistanı və digər region ölkələrini də daxil edəcək və əsas diqqəti regional məsələləri müzakirə etməyə və Qəzza zolağında və Livanda İsrail cinayətlərinin dayandırılmasına yönəldəcək.