Ankara,ArabAZ
Səudiyyə-Türkiyə Hərbi Komitəsi iki ölkə arasında müdafiə və hərbi sahədə müştərək əməkdaşlıq və koordinasiya perspektivlərini, onun gücləndirilməsi və inkişaf etdirilməsi imkanlarını müzakirə edib.ArabAZ xəbər verir ki, Səudiyyə Ərəbistanı Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruveyli və türkiyəli həmkarı general-leytenant Metin Gorakın rəhbərlik etdiyi Ankarada keçirilən altıncı toplantıda ortaq maraq doğuran məsələlər və mövzular müzakirə edilib.
Digər tərəfdən, general-leytenant Fəyyad Əl-Ruwaili Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ilə iki ölkə arasında ikitərəfli əlaqələri nəzərdən keçirib və müdafiə sahəsində əməkdaşlığın aspektlərini müzakirə edib.