Bakı,ArabAZ
Səudiyyə Ərəbistanı xarici turistlərə bir o qədər də açıq olmasa da ölkədaxili turizm olduqca populyardır. Ölkənin Al Ula vilayətindən təxminən 100 km çimalda yerləşən və xalq arasında “Gəlin qayası” adlandırılan qaya parçası da yerli turistlər arasında demək olar ki , ən sevilən yerlərdən biridir.
Minlərlə il ərzində formalaşmış “Gəlin qayası” AlUlanın zəngin geoloji tarixinin – Kembri dövrünə 500 milyon ildən çox olan qaya birləşmələrinin sübutu kimi dayanır. Sehrli mənzərələri və çoxəsrlik cazibəsi üçün mütləq ziyarət edilməlidir.


