ƏR-RİYAD,ArabAZ
Altı illik gözləmədən sonra ölkənin hər yerində meydanlara toplaşan vətəndaşlar və ekranları önündə olanlar Səudiyyə Ərəbistanının 2034-cü il turnirinə ev sahibliyi etmək hüququnu “rəsmi olaraq” qazandığı elan olunduğu zaman sevinclərini saxlaya bilmədilər. Bu ölkənin idman tarixinin ən uğurlu səhifələrindən biridir.
Bunu Səudiyyə Ərəbistanının futbol dünyasının fövqəldövlətləri arasında qabaqcıl mövqe əldə etmək üçün iddialı səylərinin uyğun kulminasiyası kimi səciyyələndirmək olar.
FIFA, Cənubi Amerikada üç oyunun (Uruqvay, Argentina və Paraqvay) keçiriləcəyi 2030 Dünya Çempionatına ev sahibliyi hüququnun İspaniya, Mərakeş və Portuqaliyaya verildiyini, Səudiyyə Ərəbistanının isə 2034 Dünya Çempionatına ev sahibliyi edəcəyini açıqladı. Krallıq tarixdə ilk dəfə bu haqqı qazandış
Turnirin yeni sistemi daha əvvəl FİFA tərəfindən təsdiqləndikdən sonra 48 komandanın turnirə ev sahibliyi edəcək beş şəhərdə mübarizə aparılcağı dünya çempionatının ən böyük təşkilatına ev sahibliyi edən ilk ölkə Səudiyyə Ərəbistanı olacaq.
Vahid namizəd olan Səudiyyə Ərəbistanı FİFA-ya üzv olan 200-dən çox assosiasiya tərəfindən alqışlarla qarşılanıb. Sürixdə FİFA prezidenti Canni İnfantinonun ev sahibliyi ilə keçirilən onlayn iclasda federasiya rəsmiləri uzaqdan iştirak ediblər.
FİFA Səudiyyə Ərəbistanının leyhinə 5 baldan 4,18 xal verdi ki, bu da dünya çempionatına iddialılar tarixində görünməmiş yüksək baldır.
Səudiyyə Ərəbistanı iyul ayında “Birlikdə böyüyürük” şüarı ilə Dünya Çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciətini təqdim etdi və futbol dünyasının ən mühüm turnirini beş ev sahibi şəhərdə: Ər-Riyad, Ciddə, Əl-Xobar, Abha və Neom-da 15 stadionda keçirmək öhdəliyini elan etdi. Bu olduqca iddialı bir açıqlama idi.
2034 FIFA Dünya Kubokuna ev sahibliyi etməklə Səudiyyə Ərəbistanı dünyanın hər yerindən oyunçular və azarkeşlər üçün qeyri-adi təcrübələr təqdim etməyi hədəfləyir. Səudiyyə Ərəbistanı, həmçinin tikilmiş layihələrin davamlılığına və ətraf mühitin qorunmasına diqqət yetirərək, ziyarətçilərin ehtiyaclarına cavab verən müxtəlif obyektlər və yerləşdirmə variantları, eləcə də azarkeşlərin stadionlara sürətli çatmasına imkan verən inkişaf etmiş nəqliyyat şəbəkəsi təqdim etməyi hədəfləyir. Səudiyyə eyni zamanda ziyarətçilər üçün rahat və fərqli bir təcrübə təmin etmək üçün səyahət prosedurlarını asanlaşdırmaəı planlayır.
2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəyi barədə rəsmi açıqlamadan sonra Səudiyyə Ərəbistanı ətraf mühitə təsir və davamlılıq amillərini nəzərə alaraq futbolsevərlərə misli görülməmiş sevinc həyəcan vəəd edir.