ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Müstəqilliyin bərpasının ildönümü münasibətilə təbrik məktubu gəndərib. ArabAZ xəbər verir ki, təbrik məktubunda deyilir : “Zati-alinizə cansağlığı və xoşbəxtlik, davamlı tərəqqi və firavanlıq, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına səmimi təbriklərimi və ən xoş arzularını çatdırıram”.
Eyni zamanda Səudiyyə Ərəbistanı Vəliəhdi Şahzadə və Baş Nazir Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti və xalqını, Azərbaycan Respublikasının Müstəqilliyin bərpasının ildönümü münasibətilə təbrik edib.
Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda Vəliəhd Şahzadə, Prezident İlham Əliyevə ən xoş təbriklərini çatdırıb, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə daha da tərəqqi və firavanlıq arzuladığını bildirib.