ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanı-Böyük Britaniya İkitərəfli Hərbi Əməkdaşlıq Komitəsinin dördüncü iclası çərşənbə axşamı Ər-Riyadda keçirilib.ArabAZ xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, müdafiə və hərbi əməkdaşlıq və bir sıra ortaq maraq doğuran mövzular müzakirə edilib.
Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi, general-leytenant Fəyyad Əl-Ruvayli və Böyük Britaniya Müdafiə Qərargahının rəisi, admiral ser Antoni Radakin iclasa həmsədrlik ediblər.
Görüşdə Səudiyyə Ərəbistanı və Britaniyanın yüksək rütbəli zabitləri iştirak ediblər.