Ər-Riyad ,ArabAZ

Səudiyyə Ərəbistanı İsrailin işğalçı Baş naziri Binyamin Netanyahunun Fələstinin İordaniya Vadisi ərazisinə açıq-aşkar müdaxiləsini kəskin şəkildə pislədiyini və bunun qəbuledilməz olduğunu  bildirib.

ArabAZ xəbər verir ki, krallıq XİN açıqlamasında qeyd olunur ki , İsrailin bu təxribat cəhdi bütün qanun və beynəlxalq legitimlik qətnamələrinə zidd olaraq məskunlaşmanı genişləndirmək məqsədi daşıyır.

“Qəzzaya qarşı təcavüzün dayandırılmasının vacibliyini bir daha vurğulayır, işğalçı qüvvələrin çıxarılması, köçkünlərin geri qaytarılması və Fələstin xalqının əzabını yüngülləşdirmək üçün humanitar yardımın təqdim edilməsini tələb edirik”-deyə XİN açıqlamasında deyilir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version