Bakı,ArabAZ
Səudiyyə Ərəbistanının “Masam” layihəsinin üzvləri keçən həftə Yəmənin müxtəlif bölgələrindən ümimilikdə 1139 partlayıcı qurğu eləcə də mina zərərsizləşdiriblər. ArabAZ xəbər verir ki, bu minalar İran tərəfindən maliyyələşdirilən separatçı husilər tərəfindən başdırılır.
Son hesabata görə, 13 piyada əleyhinə mina, 56 tank əleyhinə mina, 1056 partlamamış hərbi sursat və 14 partlayıcı qurğu zərəsizləşdirilib.
Təşəbbüsün idarəedici direktoru Usama Əl-Qusaibi bildirib ki, layihənin başlandığı 2018-ci ildən bu günə kimi ümumilikdə 455 min 827 mina zərərsizləşdirilib.
Minatəmizləmə əməliyyatları Marib, Ədən, Juf, Şabva, Taiz, Hudeydə, Lahic, Səna, Əl-Bayda, Əl-Dalə və Saada şəhərlərində aparılıb.
Komandalara mülki şəxslərin təhlükəsiz hərəkətini və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün kəndləri, yolları və məktəbləri təmizləmək tapşırılıb.