Ər-Riyad ,ArabAZ
Səudiyyə Ərəbistanı Krallığı, ilk nüvə stansiyasının tikintisi üzrə milli layihəsini həyata keçirmək üçün işlərini davam etdirir.ArabAZ xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bildirib.
“Krallıq nüvə enerjisindən və onun dinc məqsədlər üçün radioloji tətbiqlərindən faydalanmağa doğru irəliləyir və öz milli nüvə proqramını həyata keçirməyə davam edir”-deyə o bildirib.
Şahzadə Əbdüləziz bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı nüvə elektrik stansiyası tikməklə “milli enerji qarışığının formalaşmasına və beynəlxalq öhdəliklər çərçivəsində milli tələblərə uyğun olaraq davamlı milli inkişafa nail olunmasına töhfə vermək” istəyir.
“Buna nail olmaq üçün Səudiyyə Ərəbistanı Krallığı nüvə tənzimləmə işləri ilə bağlı əsas inzibati hazırlıq komponentlərini və hərtərəfli təminat müqaviləsindəki öhdəliklərə nail olmaq üçün tələbləri tamamladı”-deyə nazir bildirib.