Cümə axşamı, 9 İyl 2026
ArabAZ-عرب أذربيجان
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-عرب أذربيجانArabAZ-عرب أذربيجان
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Səudiyyə qlobal iqtisadiyyatın sütunlarından biridir – Baş nazir

Səudiyyə qlobal iqtisadiyyatın sütunlarından biridir – Baş nazir

İyul 9, 2026 6:08 axşam
Paylaş
Paylaş

Kanadanın Baş naziri Mark Karni Səudiyyə Ərəbistanının bu gün qlobal iqtisadiyyatın ən mühüm dayaqlarından birinə çevrildiyini bəyan edib. O, “Səudiyyə Ərəbistanı-Kanada İnvestisiya Forumu” çərçivəsində ölkənin “Baxış 2030” (Vision 2030) proqramı çərçivəsində keçirdiyi nəhəng struktur islahatlarını və bütün texniki göstəricilər üzrə əldə etdiyi sürətli iqtisadi artımı yüksək qiymətləndirib.

ArabAZ xəbər verir ki, Ciddə şəhərində keçirilən forumda geniş bəyanatla çıxış edən Karni, Kanadanın Səudiyyə Ərəbistanı ilə enerji və dağ-mədən sənayesi başda olmaqla strateji sektorlarda ikitərəfli tərəfdaşlığı gücləndirmək əzmində olduğunu vurğulayıb. O, faydalı qazıntılar sektorunun hazırda birgə əməkdaşlıq üçün nəhəng bir zəmin yaratdığını diqqətə çatdırıb.

Dağ-mədən sənayesində qlobal tərəfdaşlıq və süni intellekt

Baş nazir Krallıqda əvvəllər iştirak etdiyi “Gələcəyin Metalları Forumu”nu xatırladaraq, Səudiyyə Ərəbistanının irihəcmli maliyyə investisiyaları sayəsində qlobal dağ-mədən və metallurgiya sənayesinin ən fəal və aparıcı tədarükçülərindən birinə çevrildiyini bildirib.

Mark Karni Kanada kapitalları və qabaqcıl geoloji təcrübəsi ilə Səudiyyə Ərəbistanının gənc işçi qüvvəsinin inteqrasiyasını sürətləndirməyə çağırıb.

“Kanadanın ‘Nikara’ (Niagara) kolleci kimi nüfuzlu təhsil müəssisələri Səudiyyə Ərəbistanının milli kadrlarının hazırlanmasında, onların rəqəmsal bacarıqlarının artırılmasında və dağ-mədən sektoruna süni intellekt alətlərinin tətbiqində tam dəstək verməyə hazırdır.”-deyə o qeyd edib.

Dünyadakı nəhəng dağ-mədən şirkətlərinin təxminən 40 faizinin müvafiq qlobal şəbəkələrlə sıx əlaqədə olduğunu qeyd edən Karni, birgə fəaliyyətin risklərin idarə olunması və əməliyyat sistemlərinin təkmilləşdirilməsi üçün böyük imkanlar açdığını vurğulayıb. Baş nazir çıxışını “Biz təbii tərəfdaşlarıq və dünyanın etibarlı tərəfdaşlara ehtiyacı olduğu bir vaxtda qlobal bazarların tələbatını qarşılamaq üçün birlikdə addımlayırıq” sözləri ilə yekunlaşdırıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə illik borclanma planının tamamlandığını elan edib

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Məkkə bəyannaməsi Vaşinqtonda müzakirə olunub

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə Hava Yolları sanksiya iddialarını təkzib etdi

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə qlobal investisiya reytinqində 13-cü pilləyə yüksəldi

Müəllif:
ArabAZ News
ArabAZ-عرب أذربيجان
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.