ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Şahzadə Faysal bin Fərhan Ər-Riyadda Somalili həmkarı Əhməd Maalim Fəqi Əhməd ilə görüşüb. ArabAZ xəbər verir ki,görüş zamanı tərəflər regional və beynəlxalq hadisələri , eləcə də birgə maraq doğuran məsələləri müzakirə ediblər.
Hər iki rəsmi, ölkələri arasında ikitərəfli əlaqələri nəzərdən keçirib və müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi yollarını araşdırıblar.