Ər-Riyad,ArabAZ
Səudiyyədə 70-dən çox arxeoloji qazıntı aparılır ,ArabAZ xəbər verir ki, arxeoloji qazıntılar ölkənin “İrs” təşkilatı tərəfindən parılır və əsas məqsəd qədim dövlərə aid əsərlərin tapılmasıdır.
Arxeoloji qazıntı ilərində səudiyyəli arxeoloqlarla yanaşı eyni zamdna müxtəlif ölkələrdən olan təcrübəli elmi işçilər də çalışır.
“İrs” təşkilatı yerli və beynəlxalq universitetlərlə əməkdaşlıq çərçivəsindı 77 arxeoloji qazıntı aparması ilə yanaşı, digər elmi layihələrlə üzərində də çalışır.
Təşkilatdan verilən açıqlamada deyilir ki, qazıntılar bütün dövrləri əhatə edir və bütün arxeoloji tapıntılar aşkar edildikdən sonra öyrənilir və sənədləşdirilir, eyni zamanda layihələrin nəticələri vaxtaşırı elan edilir.
Layihə 2024-cü ildən 2028-ci ilə qədər davam edəcək. Buraya Ər-Riyad şəhəri daxilində, Vadi Hənifə uzantısı boyunca və Ər-Riyad şəhərini əhatə edən mərkəzlərdə, həmçinin Dharma, Əl-Hani və Əl-Hani ərazilərində 3 digər arxeoloji qazıntı layihəsinin tamamlanması daxildir.