Bazar ertəsi, 29 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Home » Xəbər lenti » Səudiyyədə AlUla Manara rəsədxanası inşa olunacaq

Səudiyyədə AlUla Manara rəsədxanası inşa olunacaq

İyun 28, 2026 6:56 səhər
Paylaş
Paylaş

Yerdəki ən aydın və qaranlıq səmalardan birinin altında yerləşən Səudiyyə Ərəbistanındakı  Əl-Ula, ziyarətçilərin kosmosu qavrama tərzini dəyişdirəcək astronomiya, elmi kəşflər və astro-turizm üçün mühüm bir məkan olan “AlUla Manara” mərkəzinin  dizaynını təqdim edib.

ArabAZ xəbər verir ki, Dünyanın üçüncü ən böyük Qaranlıq Səma Parkının (Dark Sky Park) daxilində, Qaramil Təbiət Qoruğu ilə Harrat Uvayrid Qoruğu arasında yerləşən “AlUla Manara“, bölgənin zəngin səmavi irsini elmi araşdırmaların gələcəyi ilə birləşdirərək kəşf, öyrənmə və ilham mərkəzi yaradacaq.

Nyu-Yorkdakı “Little Island“, Tokiodakı “Azabudai Hills” və Londondakı “Coal Drops Yard” kimi mühüm layihələrin müəllifi olan, dünyaca məşhur memarlıq və dizayn studiyası “Heatherwick Studio” tərəfindən layihələndirilən “AlUla Manara”nın özünəməxsus forması qalaktikalardan və planetar halqalardan tutmuş ulduz və qaz toplularına qədər bütün kainatda müşahidə olunan spiral həndəsədən, eləcə də bitkilərdə, qalıqlarda (fossil) və balıqqulağılarında tapılan bənzər naxışlardan ilham alır.

Yerdəki ən aydın və qaranlıq səmalardan birinin altında yerləşən Əl-Ula, ziyarətçilərin kosmosu qavrama tərzini dəyişdirəcək astronomiya, elmi kəşflər və astro-turizm üçün mühüm bir məkan olan “AlUla Manara”nın dizaynını təqdim edib. Dünyanın üçüncü ən böyük Qaranlıq Səma Parkının (Dark Sky Park) daxilində, Qaramil Təbiət Qoruğu ilə Harrat Uvayrid Qoruğu arasında yerləşən “AlUla Manara“, bölgənin zəngin səmavi irsini elmi araşdırmaların gələcəyi ilə birləşdirərək kəşf, öyrənmə və ilham mərkəzi yaradacaq.

Səudiyyə Kral komissiyasının məlumatına görə, “AlUla Manara” qədim mənzərələri, mədəni irsi və gələcək elmi kəşfləri birləşdirərək astro-turizmi kəşfiyyat üçün yeni bir cəbhə kimi mövqeləndirir və “bəşəriyyətin gecə səmaları ilə münasibətlərini yenidən formalaşdıran” bir layihədir.

Layihə “ictimaiyyətin elm və astronomiya ilə məşğul olması üçün unikal bir fürsət” kimi nəzərdə tutulub və “Səudiyyə Ərəbistanının kosmik tədqiqatlar dünyasında getdikcə artan əhəmiyyətinə töhfə verəcək, eyni zamanda Əl-Ulanı qlobal miqyasda gələcəyə yönəlmiş bir astronomiya məkanı kimi tanıdacaq”.

Layihə Əl-Ulanın “Qaranlıq Səma Parkı” sertifikatları, “Astro-turizm Siyasəti”, icma astronomiya təşəbbüsləri və daha geniş “AlUla Manara” proqramı tərəfindən dəstəklənən astro-turizm məkanı kimi artan reputasiyasına əsaslanır. Astro-turizm siyasəti Əl-Ulanın müstəsna gecə səmirlərini qorumaq üçün nəzərdə tutulmuş işıqlandırma nəzarəti, zonalaşdırma tələbləri və ziyarətçilərin idarə edilməsi standartlarını müəyyən edir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Pakistan səudiyyəli naziri “Hilal-i-Imtiaz” ordeni ilə təltif edib

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyədə xaricilərə əmlak alışı sadələşdi

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə və Yaponiya təcrübə mübadiləsi aparır

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyədə neft ixracı artdı, idxal azaldı

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.